“Samsung”, “Kraft Heinz”, “Clinique”, “Booking.com” və s. brendlər öz reklam çarxının yanında, xərçəngin müalicəsi haqqında çəkilən etibarsız videonun yanında aşkar ediblər.


Facemark.az-ın məlumatına görə, BBC nəşri yazır ki, “Kraft Heinz”dən nəşrə deyiblər ki, onlar yalan məlumat verən video haqqında bilən kimi, onu bloklamağa qərar veriblər.


“Grammarly” xidməti isə öz çarxının yanında belə şübhəli kontenti aşkar edəndən sonra, “YouTube” ilə əlaqə saxlayıb və onlardan belə reklamı kanaldan uzaqlaşdırmağı istənilib.


“Samsung”dan isə deyiblər ki, onların başlatdıqları kampaniyanın xərçəngin müalicəsi ilə heç bir əlaqəsi belə olmayıb. Şirkətdən əlavə ediblər ki, “onlar bütün reklam platformalarında markanın təhlükəsizliyi üçün bütün ciddi tövsiyələri izləyirlər”.


Belə şübhəli məzmunlu videolardan birini məhz Rusiyadan olan jurnalist aşkar edib. O, BBC nəşrinə deyib ki, onun aşkar etdiyi videoda həkim olmayan biri “YouTube”un stories bölüməsində xərçəngi qida sodası ilə sağaltmaqdan danışırdı. Daha sonra isə o həmin çarxı silib.


“YouTube”dan isə məsələ ilə bağlı deyiblər ki, yalan məlumatlı məzmun ilə mübarizə olduqca çətindir. Amma bununla belə platformanın rəsmiləri deyib ki, onlar məsələnin həlli üçün bir neçə addım atıblar, bunlardan biri də belə məzmunlu reklamların brendlərin videolarından uzaqlaşdırmaq olub.


Qeyd etmək yerinə düşər ki, platformada brendlərin təhlükəsizliyi ilə bağlı məsələ hələ 2017-ci ildən əvvəl yaranmağa başlayıb. Brendlər öz reklamlarını platformadan sildikdən sonra, yenidən ora geri qayıtmışdılar.