Dünyanın ən popular sosial media platformalarından olan “Facebook” son illərdə hər nə qədər gizlilik ilə bağlı qalmaqallar ilə mübarizə aparsa da, həyata keçirdiyi fərqli həll və proqramlar ilə istifadəçilərin köməyinə çatır.


Xəbər verdiyimiz kimi “Facebook”un iş axtaran şəxslərə və məşğulluğu artırmaq istəyən orta və kiçik müəssisələrə kömək olmağı hədəfləyən qlobal layihəsi “Facebook ilə Önə Çıxın” proqramının Türkiyədə tanıtım həyata keçirilib.


“Facebook” Türkiyə iqtisadiyyatına kömək etməyə davam edəcək.


Konfrans çərçivəsində danışan “Facebook”un Türkiyə üzrə Direktoru Derya Matraş Türkiyənin “Facebook” üçün əhəmiyyətindən danışaraq deyib ki, ölkə iqtisadiyyatına investisiya etməyə davam edəcəyik.


Matraş çıxışı zamanı deyib ki, Türkiyədəki yerli müəssisələrin böyümələrinə və insanların yeni iş tapmaları üçün dijital bacarıqların artırılmasına kömək olmaq istəyirlər.


“Bu məqsədlə daha çox insana, texnologiyaya və proqrama investisiya etmək üçün olduqca sıx bir şəkildə çalışırıq”.


Matraş bildirib ki, dünyada az sayda ölkədə həyata keçirdikləri proqram ilə 20 000 insana təhsil vermək niyyətindədirlər.


Proqram çərçivəsində Türkiyənin vacib ölkələrdən biri olduğunu vurğulayan Matraş sözlərinə belə davam edib:


“Biz 2 il öncə Facebookdakı bütün Türklər olaraq toplandıq. Türkiyəyə və Türk iqtisadiyyatına necə fayda verə bilərik deyə düşündük. Qərar gəldik ki, türk iqtisadiyyatına ən çox fayda verə biləcəyimiz sahə ölkədəki orta və kiçik müəssisələrin ixracat potensialını artırmaqdır. Bu çərçivədə Sərhədləri Aşan Türkiyə layihəsini həyata keçirdik.


Bu, layihəyə görə, 3 milyon kiçik və orta müəssisədən 1,7 milyonu bizim platformamızdan istifadə edir. Bunların 90%-dən çoxu platformamız sayəsində işlərini böyütdüklərini, yeni müştərilər əldə etdiklərini, xaricə çıxış etdiklərini, əlavə məşğulluq yaratdıqlarını deyir.


“Facebook Türkiyədə” 209 000 şəxsə əlavə məşğulluq və illik olaraq 15,3 milyard lirəlik əlavə dəyər yaradır. Bu proqram ilə bunu daha da irəli aparmağı hədəfləyirik”.


Qeyd etmək yerinə düşər ki, proqramın ikinci günü isə, sentyabrın 13-ü “Facebook”un Türkiyədəki yeni Stansiya Mərkəzində keçiriləcək.