“FaceApp” proqramının təsisçi şirkəti “Wireless Lab”dan deyiblər ki, onlar istifadəçi məlumatlarının üçüncü tərəf tətbiqlərə ötürülməsi ilə məşğul olmurlar.


Facemark.az xəbər verir ki, bu haqda “Wireless Lab”ın məlumatında deyilib.


“Biz hər-hansı istifadəçilərin məlumatlarının üçüncü tərəf tətbiqlərə satışı və ötürülməsi ilə məşğul olmuruq. “FaceApp” daha çox bulud rejimində fotonun emalını yerinə yetirir. Biz yalnız redaktə üçün istifadəçinin özü tərəfindən seçilən fotonu yükləyirik. Biz heç vaxt istifadəçinin telefonunda olan digər şəkilləri buluda daşımırıq”.


“Yüklənən foto ola bilsin ki, buludda saxlanıla bilər”, - deyə şirkət əlavə edib. “Biz istəyirik ki, istifadəçilər hər redaktə üçün şəkilləri təkrar yükləməsinlər. Təsvirlərin əksəriyyəti fotoların yükləndiyi 48 saat içində serverdən silinir”, - deyə məlumatda deyilib.


Şirkətdən vurğulayıblar ki, istehsalçıların əsas hissəsi Rusiyadandır, amma bu ölkəyə istifadəçi məumatları ötürülmür.


Bir neçə gün bundan əvvəl Amerikan senator Çak Şumer “FaceApp”ın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə etmişdi. O, Federal Tədiqatlar Bürosu və Federal Ticarət Kommissiyasından Amerika istifadəçiləri tərəfindən proqramdan istifadənin nəticələrini öyrənməyi xahiş edib. O, qeyd edib ki, əlavənin Rusiyada hazırlanması narahatlıq yaradan faktlardan biridir və bu isə ABŞ vətəndaşlarının məlumatlarının üçüncü tərəf şirkətlərə ötürülməsi məsələsini qaldırır.


Xatırlatmaq yerinə düşər ki, “FaceApp” tətbiqi ulduzların öz fotolarını qoca effektlər ilə paylaşmasından sonra məşhurluq əldə etmişdi.