“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya, Yaponiyada istifadəçilərin postlarına gələn laykların sayını gizlətməyə başlayıb.


Facemark.az xəbər verir ki, bu haqda “TechCrunch” nəşri yazıb.


İndi laykların sayını abunəçilər deyil, yalnız postu paylaşan müəllif görür. “TechCrunch” yazır ki, kompaniya yeni ölçünün köməyi ilə istifadəçilər arasındakı layk mübarizəsini dayandırmağı və istifadəçiləri daha çox post yaratmağa təşviq etməyə çalışır. Belə ki, yeni ölçü ilə istifadəçilər artıq öz postlarına gələn laykları sosial şəbəkədəki daha populyar səhifələr və onlara gələn layklarla müqayisə aparmayacaqlar.


Nəşr yazır ki, əgər belə yanaşma işləyəcəksə, bu halda sosial şəbəkənin yeni ölçüləri digər ölkələrdə də tətbiq oluna bilər.


Sosial şəbəkənin yeni funksiyanı test etməsi haqqında məlumat aprel ayından məlum idi.


Həmin vaxt mobil tətbiqlər sahəsində ekspert Ceyn Mançun Vonq özünün “Twitter” hesabı üzərindən sosial şəbəkənin yeni dizaynının skrinşotunu paylaşmışdı. Skrin olunan postda göstərilirdi ki, abunəçilər istifadəçinin postuna gələn laykların sayını görmürdü.


Ekspert deyirdi ki, biz istəyirik ki, istifadəçilər nə paylaşdıqlarına fokuslansınlar, nəinki həmin posta nə qədər layk gələcəyini.


Sosial şəbəkənin mətbuat xidmətindən “TechCrunch” nəşrinə deyiblər ki, yeni dizayn sadəcə daxili prototipdir və geniş ictimaiyyətə əlçatan deyil.


Nəşrin özü isə bildirib ki, “Postlardakı layk sayının gizlədilməsi, Instagramda rəqabət hissini azalda bilər, bir çox istifadəçilər yeni ölçülərdən sonra özünün göstəricilərini daha populyar dostları və ulduzlar ilə müqayisəsini dayandıracaqlar.


Mayda “Instagram” bu funksiyanı Kanada da test etməyə başlamışdı. Beləliklə, yeni funksiyanın tətbiq olunduğu ölkələrin sayı yeddiyə çatıb.