“Apple”in öz klassik loqosuna- göy qurşağı almasına qayıtmağı istisna deyil”.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin Kupertinodan olan əməkdaşı “MacRumors” portalına deyib.


Altı rəngli göy qurşağı loqosu 1977-ci ildən 1998-ci ilə qədər istifadə olunub. İlk dəfə o Apple II kompüterində, daha sonra isə kompaniyanın buraxdığı digər qurğularda istifadə olunub. Tədricən isə şirkət loqotipini bir rəngdə edib.


Bir rəngdən ibarət olan firma stilindən bu gün də istifadə olunur. Axırıncı dəfə şirkətin yeni mənzil qərargahının açılması zamanı təşkil edilən tədbirdə “Apple Park” göy qurşağı rənglərinə bürünmüşdü. Ledi Qaqanın çıxış etdiyi səhnənin üstündəki pilləkənlər, qəhvə fincanları, keçidlər rəngli olub.


Bu şayiələrin nə qədər doğru olduğu isə məlum deyil. Hər halda şirkətin baş dizayneri Conatan Ayv (Jony Ive-ing.) daha əvvəlki açıqlamalarında deyirdi ki, göy qurşağını xatırladan loqotip uzun illər şirkətin kimliyinin bir hissəsi olub. Onun fikrincə, göy qurşağını xatırladan rənglər, dişlənmiş almaya çox uyğun gəlir.