“Brand Analytics” Rusiya bloggerlərinin iyun reytinqini dərc edib.


Facemark.az xəbər verir ki, yayda rusdilli kontent yaradıcıları, minimum ciddi və siyasi mövzulara toxunublar, amma ümumilikdə belə kanallara əyləncə və oyun hökmranlıq edib.


Əhatə dairəsinə görə, TOP20-yə DIY-eksperimentator Its Mamix başçılıq edir. İkinci yerdə isə, ötən reytinqin lideri, jurnalist Anatoli Şariy qərarlaşıb.



Reaksiyalara görə, TOP müəlliflər


Qeyd etdiyimiz kimi əhatə dairəsinə görə, TOP-20-likdə birinci yeri iyun ayında videoblogger “It's Mamix” tutub. O, 6 milyon reaksiya, 229 000 koment və 5,8 milyon layk yığıb. İkinci yerdə Anatoli Şariy tutub. 3,7 milyon əhatə dairəsi, 366 000 şərh, 3,4 milyon layk və 2,1 milyon auditoriyası ilə.



Üçüncü yerdə isə videoblogger, A4 niki ilə tanınan, Vlad Bumaqa düşüb. Mayda o az qala birinci yerdə qərarlaşacaqdı, amma o bu yerdə möhkəmlənə bilmədi. O, “challenge” janrında videolar hazırlayır, təkcə iyunda Bumaqa 3,6 milyon reaksiya əldə edib.