“Facebook” və “Instagram” sosial platformaları, həmçinin WhatsApp messenceri iyulun 3-də baş verən nasazlıqdan sonra işini tam həcmdə bərpa edib.
Facemark.az xəbər verir ki, nasazlığın nəticələrini aradan qaldırılması haqqında informasiya “Facebook”un rəsmi “Twitter” hesabında dərc edilib.
“Daha əvvəl istifadəçilər və şirkətlər bizim tətbiqlər və platforma üzərindən şəkil, video və digər faylların yüklənməsi və göndərilməsi ilə bağlı problemlərini deyiblər. Hazırda problem həll edilib və 100% bütün platformalara əlçatanlıq var. Baş verən narahatığa görə üzr istəyirik”.
“WhatsApp”, “Facebook” və “Instagram”ın işində nasazlıq iyulun 3-də Moskva saatı ilə təxminən saat 17-də baş verib. Səbəblər haqqında isə məlumat verilmir.
