İyulun 3-də Türkiyə saatı ilə 5 radələrində (Azərbaycan saatı ilə saat 7 radələrində) “Facebook”, “WhatsApp”, “Instagram” kimi platformalarda nasazlıq baş verib.


Facemark.az xəbər verir ki, sosial şəbəkələr bir müddət standart keyfiyyətdə xidmət göstərə bilməyib.


Bir çox istifadəçi isə sosial media platformalarından istifadə edə bilmədiklərindən dolayı şikayət ediblər.



Xüsusilə Amerikanın Şərqi və Avropada yaşanan nasazlıq, Türkiyə, Azərbaycanda da müəyyən problemlər yaradıb. Bu isə ağıllara informasiya təhlükəsizliyi və paylaşımını gətirib.


Türkiyənin Nəqliyyat, İnfrastruktur nazirinin köməkçisi Ömer Fatih Sayan məsələ ilə bağlı açıqlama verib.


“Instagram, WhatsApp və Facebook servislərinin işində fasilələr bu üç şirkətin hansı məlumatları bir-biri və başqa kimlərlə paylaşdığı sualını ağıllara gətirir. Şəffaf bir şəkildə problemin mənbəyini açıqlamalarını gözləyirik. Vətəndaşlarımız alternativsiz deyil. BİP, LAFF, DEDİ kimi yerli və milli tətbiqlərin əhəmiyyəti bir daha ortaya çıxdı. WhatsApp-dan foto göndərə bilməyənlər üçün də yaxşı ki yerli alternativlərimiz var”, - deyə Ömer Fatih Sayan deyib.