“WhatsApp” yeni funksiyanı test edir. Belə ki, bununla platforma statusu “Facebook”, “Instagram”, “Gmail” və digər xidmətlərdə paylaşmağa icazə verəcək.


Facemark.az xəbər verir ki, kompaniyanın rəsmisi bildirir ki, bunun üçün hesabları bir-birinə bağlamağa ehtiyac olmayacaq. Funksiya, API əməliyyat sistemi vasitəsilə


Android və iOS-da əlçatan olacaq. Bu isə o deməkdir ki, şəxsi məlumatlar bir tətbiqdən digərinə ötürülməyəcək.


İstehsalçılar funksiyanın yaradılması məsələsində çox ehtiyatla davranırlar. Belə ki, bir çox insanın “WhatsApp”dan istifadə etməsinin səbəblərindən biri onun təhlükəsizliyidir.


Xatırladaq ki, mayın ortalarında “Telegram”ın yaradıcısı Pavel Durov öz kanalı üzərindən manifest dərc etdi. Və o “WhatsApp” və “Facebook”a qarşı çıxış edirdi. O bildirirdi ki, bu platformalara heç vaxt şəxsi məlumatlarınızı etibar etmək olmaz.


Mənbə: The Next Web