“Twitter” sosial şəbəkəsi mətni platformanın qaydalarını pozan, sosial bir önəmə sahib olan məşhur şəxslərin, siyasətçilərin tvitləri üçün özəl bildirimlər hazırlayıb.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda deyilib.


Bu xüsusi funksiyada, bu tviti silməyə hesablanmayıb. Amma onu atan şəxsə qaydaların pozulması ilə bağlı yerindəcə xəbərdarlıq göndəriləcək.



Yenilik konkret hesablara toxunacaq. Məsələn, söhbət aşağıdakı şərtlərə cavab verən hesablardan gedir.


- Müəllif hökumət məmurudur və ya bu vəzifəyə namizəddir;


- Onun 100K abunəçisi var;


- Müəyyən işarə ilə platforma tərəfindən təsdiq olunan hesablar.


Yenilik tviti platformadan uzaqlaşdırmağa hesablanmayıb. Moderatorun fikrincə, ictimai əhəmiyyətə malik olan fikirlər, qaydalar pozulsa belə müzakirə üçün əlçatan olmalıdır. Ancaq işarələnmiş tvit platformada, tövsiyə və maraqlı hissəsində görünməyəcək.


Yeni qaydalar, adıçəkilən funksiyanın qəbulundan öncə paylaşılan tvitlərə təsir etməyəcək.