“Apple” şirkətinin dizayn üzrə baş direktoru Conatan Ayv (Jony Ive-ing.) cari ilin sonunda öz postunu tərk edəcək.


Facemark.az xəbər verir ki, o özünün şəxsi dizayn şirkətini yaratmaq niyyətindədir, onun müştəriləri arasında məhz “Apple” şirkəti də olacaq.


Bu haqda şirkətin rəsmi bloqunda deyilib.


“Coni dizayn dünyasında xüsusi fiqurdur. Onun “Apple”in inkişafındakı rolunu qiymətləndirmək isə olduqca çətindir.


1998 -ci ildə iMac-in revolyusiyasından, iPhone-a, iddialı layihəsi “Apple Park”a qədər. O son vaxtlar onların üzərində böyük güc sərf edirdi”, - deyə şirkətin baş icraçı direktoru Tim Kuk deyib.


İndi dizayner komandasına “Apple”in baş əməliyyat direktoru Ceff Uilyams rəhbərlik edəcək. O, daha əvvəl “Apple Watch”un inkişafına rəhbərlik edib.


Xatırlatmaq yerinə düşər ki, Conatan Ayv “Apple” 1991-ci ildən, təxminən 30 ildir ki, çalışır. Onun rəhbərliyi altında “Apple”ın hamıya yaxşı tanış olduğu məhsullar istehsal edilib. iMac, MacBook, iPod, iPhone və iPad. 2015-ci ildə isə şirkət daxilində yaradılan dizayner komandasına rəhbərlik edir və direktor vəzifəsini tutur. 2017-ci ilin dekabrında isə “Apple”in dizayn üzrə böyük vitse-prezidenti vəzifəsini tutur. O, 5 000 məhsul üzrə patentə malikdir. Mütəxəssis dizayn üzrə çoxsaylı mükafatların sahibidir.