Çinin telekommunikasiya kompaniyası “Huawei”in bəzi əməkdaşları tədqiqat layihələri üzərində işləyərkən ölkənin ordusu ilə əməkdaşlıq edib.
Facemark.az xəbər verir ki, bu haqda “Bloomberg” nəşri yazıb.
Qeyd edilir ki, bu göstərir ki, şirkət ilə əməkdaşlar arasında əlaqə “Huawei”in özünün fərq etdiyindən daha sıxdır.
“Son 10 ildə “Huawei”in əməkdaşları Çin Xalq Qurtuluş Ordusu-nun müxtəlif orqanları ilə səylərini birləşdirirdi”, - deyə yazıda bildirilir.
Dəqiqləşdirilir ki, söhbət radio əlaqə və süni intellekt istiqaməti olmaqla ən azı 10 layihədən gedir. Bu layihələrn isə internet mühitində videoların insan duyğularını təsnifləşdirməyə və müəyyənləşdirməyə imkan verən texnologiyalarla əlaqəli olduğu iddia edilir.
“Huawei”dən isə məsələ ilə bağlı deyiblər ki, onlar Çin Xalq Qurtuluş Ordusu və onun hər-hansı orqanı ilə əməkdaşlıq etmir.
Daha əvvəlki xəbərdə isə deyilirdi ki, Amerika şirkətləri prezident Donald Trampın qadağasına baxmayaraq, “Huawei”yə prosessor çatdırmağa davam edir.