Neft və təbii qaz sektorunda fəaliyət göstərən Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) SOCAR Türkiye-nin ötən il başladığı reklam kampaniyasına yeni filmlə davam edir.
Facemark.az xəbər verir ki, reklam filmində vurğulanır ki, SOCAR-ın Türkiyədəki investisiyaları yerli istehsala müsbət təsir göstərir.
Çarxda, həmçinin SOCAR Türkiyenin ölkə iqtisadiyyatına faydalarından da bəhs edilir. Bildirilir ki, şirkətin missiyası Türkiyənin neft və qaz məsələsində xaricdən asılılığın azaldılmasıdır.
Çarxda səsləndirmə Okan Yalabıka məxsusdur. SOCAR üçün reklam filmini isə TBWA\Istanbul agentliyi ərsəyə gətirib.
“Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqəsini gücləndirmək üçün dayanmadan çalışırıq. Yeni reklam filimimizdə isə Türkiyə üçün istehsalın önəminə vurğu etdik.
Cari çatışmazlığı və xaricdən asılılığı azaldacaq yerli isehsal, inkişaf yolunda böyük əhəmiyyət kəsb edir. SOCAR-ın bu strategiyaya faydasını qeyd etmək üçün imic reklam çarxımızı hazırladıq. Qısa zaman içində sadəcə dijital məcralarda yayımlanacaq üç tamamlayıcı filmimiz daha olacaq”, - deyə yeni reklam filminə dair şərh edən SOCAR Türkiyenin Xarici Əlaqələr üzrə Rəhbəri Murat LeCompte deyib.
- Reklamverən: SOCAR
- Xarici Əlaqələr üzrə Rəhbər: Murat LeCompte
- Korporativ Əlaqə Müdiri: Zara İbrahimzade
- Korporativ Əlaqələr üzrə menecer: Nurlana Khalilova
- Rəqəmsal Əlaqə meneceri: Soner İnce
- Reklam Agentliyi: TBWA\Istanbul
- CCO: İlkay Gürpınar
- ECD: Volkan Karakaşoğlu
- Kreativ Komanda: Erçin Sadıkoğlu, Orkun Önal, Ülkünur Arslan, Gizem Arlı Sirkeci, Taygun Taşçı
- Baş direktor köməkçisi: Tuğyan Çelik
- Marka komandası: Ender Orfanlı, Ceren Çalıkuşu, Can Görkay
- Rəqəmsal Layihə meneceri: Sanem Aktaş
- Rəqəmsal Layihə və “Insight” direktoru Nisan Danışman
- Rəqəmsal Kontent Komandası: Burcu Yılmaz, Cansu Akdeniz
- CSO: Toygun Yılmazer
- Strateji komanda: Özgün Özkalay, Yunuscan Hısımcıl
- CMO: Nüzhet Algüneş
- Mediadan məsul baş direktor köməkçisi: Ceren Yılmaz
- Agentlik Prodakşn meneceri Evrim Saraçoğlu
- Agentlik prodüseri: Volkan Alkan
- Prodakşn Şirkəti: 25 Film
- Rejissor: Eralp Vardar
- Musiqi: Jingle House- Bülent Uludağ
Mənbə: MediaCat
