“Google”un poçt xidmətinin işində - “Gmail” nasazlıq baş verib.


Facemark.az xəbər verir ki, bu haqda “DownDetector” monitorinq portalının məlumatında deyilib.


Portalın məlumatına, əsasən poçt servislərinə giriş vaxtı əsas çətinliyi Amerika, Belçika, Niderland, Böyük Britaniyadan olan istifadəçilər hiss edib. Şirkət artıq baş verən nasazlıq ilə bağlı məlumatlıdır.


21:24 Moskva vaxtı ilə “Google”un səhifəsində xidmətlərin vəziyyəti haqqında informasiya olan, şirkətin “Gmail”in işində problemin olduğundan xəbərdar olduqlarını bildirən bir mesaj çıxıb.


“Bəzi istifadəçilər üçün Gmail işindəki problemlər aradan qaldırılıb. Yaxın vaxtlarda problem bütün istifadəçilər üçün həll olunmuş olacaq”, - deyə “Google”un məlumatında deyilib.


Xatırlatmaq yerinə düşər ki, “Google” axtarış sistemində və “Google”un poçt xidmətinin işində kütləvi nasazlıq apreldə baş vermişdi. Həmin vaxt problemdən əziyyəti Avstraliya, Yeni Zelandiya, Amerika, Kanada, Böyük Britaniya, Niderland, Hindistanda çəkmişdilər.