Amerikanın konqres üzvi Devid Çiçilline deyib ki, ABŞ konqresi “Amazon”, “Apple”, “Facebook”, “Google”un bazardakı hökmranlığının səbəblərini aydınlaşdırmağa qərar verib.


Facemark.az xəbər verir ki, bu haqda “Fox News” nəşri yazıb.


Onun sözlərinə görə, bu gün “Google” şirkəti mobil telefonlarda axtarış bazarının 94%-nə nəzarət edir, “Facebook” isə dünyada ən böyük sosial platformalardan biridir.


Konqres üzvi, həmçinin deyib ki, bu göstəricilər kompaniyanı monopoliyada şübhəli hesab etməyə əsas verir.


Devid Çiçilline bildirib ki, konqres daxilində araşdırma bu məsələdə mümkün həll üsullarını tapmağa kömək olacaq.


Daha əvvəlki xəbərdə isə deyilirdi ki, “Apple” monopoliya ilə bağlı ittihamları qəbul etməyib.