“Uber tək bir tuşa basaraq istədiyiniz yerə getmək fikri ilə yola çıxıb. Uber bu gün dünyada 63 ölkədə, 700-dən çox şəhərdə gündə 15 milyon səfəri reallaşdıran qlobal texnoloji platformadır.
Uber 2014-cü ildən etibarən İstanbulda xidmət verməyə başlayıb və təhlükəsiz çatdırılma sahəsində populyar olub. Türkiyədə 4 milyondan çox istifadəçi bizim tətbiqimizi yükləyib. 12 000 UberXL sürücü partnyoru ilə 6000 şirkət Uber hesabına gəlir əldə edib”.
Facemark.az xəbər verir ki, bu haqda Uber-in mətbuata açıqlamasında deyilib.
“Çox təəssüf ki, çətin bir qərar almaq məcburiyyətində qaldıq. Belə ki, mayın 31-dən etibarən İstanbuldakı UberXL fəaliyyətimizi dayandırırıq. Uber Türkiyə üçün uzunmüddətli partnyor olmaq istəyir. İstifadəçilərimizə Sarı Taksi və Turkuaz Taksi ilə xidmət göstərməyə davam edəcəyik.
Uber olaraq Türkiyəyə bağlılığımızı qoruyuruq. Türkiyə Cümhuriyyəti Hökuməti və bütün yerli rəsmi orqanlar ilə bərabər çalışmaq istəyirik.
Bizə güvənən, xidmətlərimizdən istifadə edən hər kəsə və istənilən vəziyyətdə sayğı və professionallıqları ilə örnək olan UberXL sürücülərimizə çox təşəkkür edirik”, - deyə açıqlamada qeyd olunub.