Cib telefonu tətbiqi ilə taksi xidməti verən Uber, ABŞ-dakı müştərilərinə sürücünün danışmadığı “səssiz modda” səfər təklif etməyə başlayıb.
Facemark.az BBC-yə istinadən xəbər verir ki, ötən gün Nyu-York birjasında ilkin kütləvi yerləşdirməyə gedən şirkət sürücü ilə söhbət etmək istəməyən müştərilərinə “səssiz mod” seçimi təklif edir.
Ancaq bu funksiyadan sadəcə Uber Black ve Uber Black SUV kimi bahalı xidmətlərə üstünlük verən müştərilər istifadə edə bilir.
Səfərdən öncə müştərilərə “səssizliyə üstünlük verirəm”, “söhbət edə bilərəm” və ya “seçim yoxdur” kimi üç seçim təklif edilir. Şirkətin məhsullar üzrə müdiri Aydin Ghajar TechCrunch internet saytına açıqlamasında deyib ki, müştərilər uzun zaman idi ki, bunu istəyirdilər.
Ghajar deyib ki, “Uber Black sürücülərinin reaksiyası müsbət olub. Çünki müştərilərinə müthiş təcrübə yaşatmaq istəyirlər. Amma müştərilərin tam olaraq nə istədiklərini də bilmirlər”.
Əmək qanunvericiliyinə görə, Uber sürücüləri müştərilərin bu istəyinə riayət etmək məcburiyyətində deyil. Ancaq sürücülər müştərilərdən pis geridönüş almaq istəmədiklərinə görə, bu istəyə riayət edəcəklərinə inanılır.
Uber-in başlatdığı digər bir funksiya isə müştərilərin yanlarında çamadan olduğunu sürücüyə bildirmək üçün çamadan seçimi və nəqliyyat vasitəsindəki istiliyi istədikləri kimi tənzimləmək üçün istilik seçiminin olmasıdır.