“Apple” şirkəti tezliklə iTunes-dən imtina ilə bağlı informasiyanı elan etməlidir. Bu iyunun 3-ü, WWDC konfransının açılışı vaxtı baş tuta bilər. Şirkət konfrans çərçivəsində öz yeniliklərini elan edəcək.
Facemark.az xəbər verir ki, bu haqda “Bloomberg” öz mənbələrinə istinadən yazıb.
Güman edilir ki, kompaniya Music, TV və Podcasts-ı elan edəcək, bu isə mediapleyer iTunes-i əvəzləyəcək. Beləliklə, musiqi, podkasta qulaq asmaq, videoya baxmaq üçün ayrı əlavələr çıxacaq — Music, Podcasts və TV.
Demək olar ki, 20 il idi ki, “Apple” məhsullarının sahibləri, onun vasitəsilə videoya baxır, musiqiyə və podkasta qulaq asırdılar. “Bloomberg” nəşri qeyd edir ki, indi onlar “Apple” qacetləri ilə Music app arasında gəzə bilirlər.
Qeyd edək ki, iTunes mediapleyeri 2001-ci ildə istifadəyə verilib. O “Apple” üçün xüsusi vizit kart rolunu oynayıb və iTunes bu gün dünyada ən geniş yayılan mediapleyerlərdən biridir. Xidmət, həmçinin ən iri media kontent mağazası iTunes Store-yə də çıxışı təmin edir.