Hindistanın Madya Pradeş əyalətində, 16 yaşındakı Furkan Kureyşi adlı uşaq evində nahardan sonra smartfonunda son dövrlərin populyar oyunu PUBG-ı oynamağa başlayıb. Furkan 6 saat ərzində fasiləsiz oyuna davam edib və nəticədə infarktdan dünyasını dəyişib.
İnfarktın səbəbi isə yüksək adrenalin olub
Xəstəyə ilkin baxışı keçirən xəstəxanasının həkimi deyib ki, uşaq gələndə nəzbi yox idi: “Oyunun həyəcanı adrenalin səviyyəsində böyük bir artıma, bu da infarkta səbəb ola bilər. Uşaqlara bu cür oyunlardan uzaq durmasını tövsiyə edirəm”, - deyə həkim bildirib.
Kureyşinin atası “Furkan nahardan sonra, oyunu oynamağa başladı və 6 saat davam etdi. O, uduzanda çox əsəbləşmişdi və digər oyunçulara qışqırırdı”, - deyib.
Furkanın qardaşı isə deyib ki, o, oyundan asılı hala gəlmişdi, gündə təxminən 18 saat PUBG oynayırdı. O, bildirib ki, qardaşının ölümündən sonra oyunu öz telefonundan da silib.