Runetdə (Rus internetində) tez-tez video ilə paylaşımlar olur. Ötən illə müqayisədə belə postların sayı 20% daha çox olub.


Facemark.az-ın məlumatına görə, bu haqda “Brand Analytics”in tədqiqatında deyilib.


“2019-cu ilin aprelində internetin rus dilli seqmenti gündəlik orta hesabla 2,4 milyon video post paylaşıb. (repostlar nəzərə alınıb). Bu göstərici bir öncəki illə müqayisədə 20% daha çoxdur. 2019-cu ilin aprelində istifadəçilərin hər 6-cı paylaşımda video çarx paylaşıbar”, - deyə “Brand Analytics” yazıb.



Bir il əvvəl isə hər 10 paylaşımdan sonra, video əlavə olunurdu. Elə buna görə də, “Odnoklassniki” və “Vkontakte” paylaşılan videoların həcmi ən azı 2 dəfə böyüyüb. “Odnoklassniki” istifadəçiləri gündə təxminən 1 milyon belə post paylaşır. Əgər “YouTube”a istinasız olaraq baxsaq (burda 100% kontent videodan ibarətdir) bu halda videonun həcminə görə ən böyük paya “Odnoklassniki” malikdir. 30,7% bütün postlar arasında video paylaşımlara düşür.



“Vkontakte” istifadəçiləri 2019-cu ilin aprelində gündə ümumilikdə 837 min video ilə post paylaşıb. Video kontentin bütün kontentlər arasındakı payı adıçəkilən platformada isə 9,7% olub. “Facebook”da isə belə paylaşımların sayı 496 000 olub və videonun bütün kontent arasındakı payı isə 21,3% olub. “Instagram”a gəldikdə isə burada 166 000 video paylaşım olub. Video kontentin ümumi kontent arasında payı isə 13,2%, “YouTube” da 89 000 və 100% olub.



“Video istehlakında trendin artması uzun zamandır ki, davam edir. Sosial şəbəkələr sizin videonun mümkün olan ən böyük kütləyə çatdırmaq üçün hər şeyi edir. Məsələn, “Odnoklassniki”də interaktiv video paylaşa bilərsiniz. “Vkontakte” VK live, “Facebook” Watch, Instagram isə IGTV xidmətini təklif edir”, - deyə araşdırmada deyilir.