“Facebook”da narkotik daşıyıcılarının reklamı aşkar edilib.


Facemark.az-ın məlumatına görə, reklamda “Facebook”un Rusiya seqmentində narkotikin yayılması ilə bağlı iş təklif olunub.


Kannnabis yarpağının təsvir olunduğu reklamda məqbul gəlir də vəd olunub, deyə Kommersant nəşri yazır.


“Facebook”un açıq reklam kitabxana məlumatlarına görə, reklam elanı mayın 26-da “Luçşii staf” administrasiya səhifəsi tərəfindən paylaşılıb. Sosial şəbəkənin istifadəçilərindən biri “Facebook”da şübhəli reklamı aşkar edib.



Elan özündə kannabis yarpağının (marixuananın hazırlanmasında istifadə olunur-red.) stilləşdirilmiş təsvirini saxlayırdı. İmza medical cannabis-ə məxsus idi. Sloqan isə belə səslənirdi: Yaxşı istirahət etmək və daha çox qazanmaq istəyirsən? O zaman “Telegram”da əlaqə vasitələri göstərilib. Bizə yazın. Bu istifadəçi reklamı şikayət edib, amma sosial şəbəkənin texniki dəstəyinin xidmətindən cavab ala bilməyib.


FAS-ın (şübhəli reklamları aşkar edir) mətbuat xidmətindən isə deyiblər ki, internet və sosial şəbəkələr üzərindən yayımlanan bütün informasiyalar reklam deyil. Qeyri-qanuni fəaliyyət haqqında xəbərlər reklam deyilsə, hüquq-mühafizə orqanları tərəfindən baxılmalıdır. Roskomnadzor da həmçinin deyib ki, reklamın bloklanması ilə bağlı tələbi yalnız Daxili İşlər Nazirliyinin ekspertizasından sonra edə bilərlər.


Sosial şəbəkənin rəhbərliyindən isə deyiblər ki, reklam şəbəkədən uzaqlaşdırılıb. Amma onun necə nümayişə çıxarılması haqqında isə məlumat verməyiblər.


Elan “Facebook”un özü tərəfindən yaradılan reklam fəaliyyəti haqqında qaydaları pozur. Məsələn, sosial şəbəkənin reklam haqqında qaydalarında göstərilir ki, özündə qanunsuz fəaliyyəti əks etdirən reklam elanları şəbəkədə yerləşdirilmir. Bura narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı çağırışlar, həmçinin marixuandadan əyləncə və tibbi məqsədlər üçün istifadəsinə dair təsvirlər daxildir.