Video paylaşım əlavəsi TikTok-a malik olan “ByteDance” şirkəti şəxsi smartfonun hazırlanması ilə də məşğul olacaq.
Facemark.az-ın məlumatına görə, bu haqda “Financial Times” nəşri yazıb.
Startap daha əvvəl öz məhsul xəttini genişləndirmək üçün “Mokun” oyunlarının istehsalçısı Feiliao əlavəsini alıb. Həmçinin şirkət qajet istehsalçısı “Smartisan”dan bir bir neçə əlavəsini alıb. Şirkətin əlavəsi əvvəlcədən qurğularda quraşdırılacaq. Bunların arasında, həmçinin xəbərlər, oyunlar, video xidmətlər də olacaq.
“TechCrunch” nəşri isə yazır ki, bu şirkətə daha çox istifadəçilərin cəlbi üçün çoxçeşidli kanal xəttini yaratmağa icazə verəcək. Bu gün “ByteDance”nin qiyməti 75 milyard dollar qiymətləndirilir. Bu isə onu dünyada ən böyük startaplardan biri edir.
“TikTok xidmətinin istifadəçilərinin çoxu Çində deyil, dünyanın müxtəlif ölkələrində yaşayırlar. Bu isə onu Çinin digər IT şirkətlərindən fərqləndirən xüsusiyyətlərindən biridir”, - deyə “Financial Times” yazır.
“ByteDance” şirkəti payızda musiqi xidmətini buraxmağı düşünür. Bu isə “Spotify” və “Apple Music”ə rəqib ola bilər. Yenilik ilk növbədə Hindistan bazarında buraxılacaq. Startap bunun üçün artıq iki leybl haqqı alıb — Times Music və T-Series.