“Facebook” “WhatsApp” messencerinə 2020-ci ildə reklam əlavə edəcək”.


Facemark.az-ın məlumatına görə, bu haqda kompaniya “FacebookMarketing Summit”ində deyib.


Bu barədə xəbər verən isə sammitin iştirakçılarından biri Mett Navarra özünün “Twitter” hesabı üzərindən deyib.


Reklam elanları, əvvəllərdə güman edildiyi kimi “Status” (Stories formatına anoloji) bölməsində yerləşdiriləcək.


Orada istifadəçilər qısa video və ya fotolar paylaşırlar. Onlar 24 saatdan sonra yox çıxırlar. Oxşar qərar “Instagram” sosial platformasında reallaşdırılıb. (Stories-də). “WhatsApp”da paylaşılan reklam elanları, eyni zamanda Facebook və Instagram-da da paylaşılacaq.


“Facebook”dan isə hələ ki məsələni rəsmi şəkildə təsdiq etməyiblər. Messencerdən pul qazanmaq haqqında fikirlər çoxdan eşidilir. “WhatsApp” baniləri istifadəçilər üçün pullu xidmətlər yaratmağı və bundan qazanmağı təklif edirdi.


Ancaq “Facebook” rəhbərliyi isə reklamlardan qazancın əldə olunmasının tərəfdarı idi. Məhz şirkətdə yaranan fikir ayrılığında görə, banilər Brayn Ekton və Yan Kum şirkəti tərk etdilər.


“Facebook” “WhatsApp” messencerini 2014-cü ildə 19 milyard dollara alıb. Həmin vaxt messencerin bəzi müştəriləri bu alışı tənqid etdilər və bildirdilər ki, onlar platformanı öz smartfonlarından siləcəklər. Onları qane etməyən isə “Facebook”un istifadəçilərin informasiyalarına olan yanaşması və reklam siyasəti idi.


“WhatsApp”a populyarlıq qazandıran məsələlərdən biri də o idi ki, platforma istənilən reklamdan imtina edirdi.