“iPhone” satışlarından gəlirlər düşür, amma bu “Apple”in qiymət siyasətinə və “alma” markasının dəyərinə təsir etmir. “Mac”, smartfon, planşet istehsalçısı uğurla bir xidmət şirkətinə çevrilməyi bacarıb.


Facemark.az xəbər verir ki, ötən illə müqayisədə “Apple” markasının dəyəri nə az nə çox, düz 12% bahalaşıb.


Belə ki, “Forbes” markanın dəyərini 205,5 milyard dollar qiymətləndirib. Reytinq tarixində birinci dəfədir ki, iştirakçılar 200 milyard dollarlıq xətti keçirlər. Reytinqin ikincisi isə “Google” şirkəti olub, o əminliklə öz dövriyəsini artırır.


Əgər 4 il qabaq, “Google” markasının dəyəri “Apple”dan 2 dəfə ucuz idisə, indi onlar arasında gözəçarpan fərq azalıb.


İllik artım 27% təşkil edib və ekspertlər “Google” markasının dəyərini 167,7 milyard dollar hesablayıblar. Şirkət əvvəlki istiqaməti üzrə davam edir. Belə ki, kompaniya istifadəçilərin gündəlik həyatının bütün mümkün sferalarını əhatə etməyə çalışır. Məsələn, axtarışdan kartlara, poçt xidmətindən bulud xidmətinə qədər. Texnologiya nəhəngləri TOP 5-də yerlərini möhkəm saxlayıblar. Bunlar Microsoft ($125,3 milyard), Amazon ($97 milyard) və Facebook ($88,9 milyard).


Onlayn-riteyler sosial şəbəkəni üstələyib. Belə ki, “Facebook”un istifadəçilərin məlumatlarının qorunması istiqamətindəki qalmaqalı, gizlilik siyasəti və saxta xəbərlər onun reytinqini aşağı salıb.


Dinamik şəkildə inkişaf edən brendlər isə Amazon (+37%), Netflix (+34%), Adobe (+27%) və Google (+27%) olub. Gözəçarpan enmə isə İsveçin H&M markasında müşahidə olunub. (-12%). IT kateqoriyasından olmayan ən bahalı marka isə “Coca-Cola” şirkəti olub. Onun marka dəyəri 59,2 milyard dollar qiymətləndirilib və reytinqdə 6-cı yerdə qərarlaşıb.


Reytinqdə iştirak edən brendlərin ümumi dəyəri 8% artaraq 2,33 trilyon dollara çatıb. Kateqoriyalar üzrə reytinqə başçılıq edənlər isə texnologiya şirkətləri (20), onu maliyyə xidmətləri göstərən şirkətlər (13), avtomobil sənayesi (11), CPG (10) və pərakəndə ticarət (8) tutur.