“Instagram”ın 49 milyon istifadəçisinin şəxsi məlumatları hamıya əlçatan olub.


Facemark.az-ın məlumatına görə, “TechCrunch” nəşri yazır ki, zərərin böyük hissəsi brendlər, blogger və məşhurların səhifələrinə toxunub.


Baza məlumatları “Amazon”un bulud xidməti üzərində yerləşdirilmişdi və ondan istifadə etmək parolsuz mümkün idi. İstənilən insanlar telefondan həmin şəxsin elektron ünvanına, yerləşdiyi yerə baxa bilirdi.


Açıq girişə, həmçinin reklam yerləşdirilməsinin dəyərini hesablayan məlumatlar da düşüb. Məsələn, abunəçilərin sayı, cəlb olunma sayı, əhatə dairəsi, laykların miqdarı və aksiya və sair.


İnternet-təhlükəsizlik üzrə ekspert Anuraqa Sen “TechCrunch” nəşrinə deyib ki, məlumatların saxlandığı açıq baza Mumbay marketinq agentliyi “Chtrbox”a aiddir. Portalın jurnalistləri açıq məlumatlardan istifadə edərək, istifadəçilərə zəng vurdular və əlaqələrin aktuallığını təsdiq etdilər.


Həmsöhbət, həmçinin jurnalistə deyib ki, onlar heç vaxt “Chtrbox” agentliyi ilə əməkdaşlıq etməyiblər. Kompaniyadan jurnalistlərə məlumatların necə alınması ilə bağlı məlumat verməyiblər. Qalmaqalın ardından açıq məlumatların olduğu baza qapalı hala gətirilib.


“Instagram”ın daxil olduğu “Facebook” şirkətindən isə nəşrə deyiblər ki, onlar problemi araşdırırlar.