“Google”un “Huawei”in “Android” lisenziyasının dayandırlması ilə bağlı xəbəri sizinlə paylaşmışdıq. Çinin telekommunikasiya nəhəngi “Huawei” cəbhəsindən ilk rəsmi açıqlama gəlib. Açıqlama belədir:
“Huawei” “Android”in dünyadakı inkişafına və böyüməsinə önəmli fayda verib. “Android”in ən vacib qlobal partnyorlarından biri olaraq, həm istifadəçilərə, həm də sektorafayda verən ekosistem yaratmaq üçün açıq qaynaqlı platformaları ilə yaxın şəkildə əməkdaşlıq edir.
“Huawei” bütün dünyada bu günə qədər satılan və hazırda stokda olan bütün Huawei və Honor ağıllı telefon və tablet məhsulları üçün istifadəçilərinə təhlükəsizlik yenilənməsi, satış sonrası xidmətlər göstərməyə davam edəcək.
Dünya miqyasında bütün istifadəçilərə ən yaxşı təcrübəni təklif etmək məqsədi ilə təhlükəsiz və davamlı bir ekosistem yaratmağa davam edəcəyik”.
Həmçinin istinad üçün “Google” və “Android”dən gələn açıqlamaları da sizinlə paylaşmaq istəyirik:
Google:
“Qanuna əməl edir və nəticələri dəyərləndiririk. Xidmətlərimizin istifadəçiləri üçün Google Play və Google Play Protect təhlükəsizlik təminatları mövcud HUAWEI cihazlarında fəaliyyət göstərməyə davam edəcək”.
Android:
“ABŞ hökumətinin son qərarlarına tabe olmaq üzrə atdığımız addımlarla əlaqəli olaraq, HUAWEI istifadəçilərindən gələn suallara istinadən, ABŞ hökumətinin bütün təlimatlarına tabe olmaqla birlikdə, mövcud cihazlarda Google Play və Google Play Protect təhlükəsizliyi kimi xidmətlərin davam edəcəyini qaranti edirik”.