“Google” şirkəti Çinin telekommunikasiya kompaniyası Huawei ilə əməkdaşlığı dayandırır. Belə ki, “Google” “Huawei”i öz texnologiyasına girişindən məhrum edib.


Facemark.az-ın məlumatına görə, “Reuters” nəşri yazır ki, buna səbəb “Huawei”in Amerikanın qara siyahısına düşməsi ilə bağlıdır.


Bu məhdudiyyət onunla izah olunur ki, Çin şirkəti “Google”un proqram və xidmətlərindən istifadə edə bilməyəcək. Məsələn, “Google Play” tətbiq mağazası və elektron poçt “Gmail” və s.


“Huawei”, həmçinin texnologiyalara və Amerika şirkətinin proqram təminatına girişdən məhrum olacaq.


Markanın Android əməliyyat sistemi ilə işləyən bütün smartfonları, onun yenilənməsinə girişi itirəcəklər.


Qeyd etmək yerinə düşər ki, ABŞ prezidenti Donald Tramp mayın 15-də fərman imzalayıb. Fərmana görə, ölkəsinin milli təhlükəsizliyinin naminə, Amerika ərazisində telekommunikasiya avadanlıqlarından istifadəyə dair tam qadağa qoyub. Sənəd Çin istehsalçılarına yönləndirilib, ilk növbədə isə “Huawei” şirkətinə qarşı. Ondan texnologiyaların oğurluğunda və casusluqda şübhələnirlər. ABŞ Ticarət Nazirliyi artıq Çinin adıçəkilən telekommunikasiya şirkətini “qara siyahı”ya əlavə edib.