Video kontentin ən vacib üstünlüyü istehlakçıların diqqətini özünə çəkməyidir. Video marketinq bu gün trenddir və buna görə də biz bu mövzu haqda bəzi statistikaları bir araya yığdıq.


Tendensiya


-Onlaynda keçirilən vaxtın 1/3-i videoların baxılmasına sərf olunur/ (Wordstream).


- İnsanların 78%-i onlayn videoya hər həftə, 55%-i isə hər gün baxır. (HubSpot).


- 2021-ci ilə qədər internet şəbəkələri vasitəsilə hər saniyə 17 000 saat video kontentə aid olacaq. (Cisconun Forbes jurnalında dərc olunan məlumatına əsasən)


-2020-ci ildə video internetdə istehlak trafikinin 80%-ni təşkil edəcək. (Cisco)


- Son 30 gün içində, 30 illik televiziya kontentindən daha çox onlayn video kontent yüklənib. (Blue Corona).


- YouTube “Google”dan sonra ən çox ziyarət olunan ikinci platformadır. (Alexa).


- Hər gün insanlar 500 milyon saat “YouTube” da video izlənməsinə xərcləyirlər. (Business Insider).


- How to videolara tələb 70% artıb (Google), 95% insan artıq belə tip videolara baxıb. (Socialsamosa).


Effektivliyi


- Videonun 1 dəqiqəsi 1,8 milyon sözə dəyir. (Forrester Research).


- Sosial şəbəkələrdə insanlar qrafik kontent və mətn ilə müqayisədə videoları 1200% daha çox paylaşmağa meyillidirlər. (Wordstream).


- Video çarxlara baxan istehlakçılar 1,8 dəfə daha çox alış edirlər. (Adobe).


- Orta hesabla insanlar 2,6 dəfə daha çox video ilə bağlı olan səhifələrdə vaxt keçirirlər. Nəinki onlarsız. (Wistia).


- Müştərilərin 4 dəfədən çoxu məhsul haqqında oxumaqdan çox, videoya baxmağa üstünlük verir. (Animoto).


- Müştərilərin 50%-i mağazaya baş çəkmədən öncə, marka haqqında, onun məhsul və xidmətləri barəsində video axtarır. (Google).



- Enən səhifəyə video kontentin əlavə edilməsi, onun konversiya əmsalını 80% artıra bilir. (Unbounce).


Daha nə?


- Marketoloqların 52%-i düşünür ki, video kontent rentabelli investisiya üçün ən yaxşı məzmun tipidir. (HubSpot)


- Enən səhifələrə video yükləyən şirkətlər bu il 49%-dən 60-ə dək artım əldə ediblər. (Impactbnd).


- Şirkətlərin 86%-i internet resurslarında videodan istifadə edir, 77%-i isə videodan sosial şəbəkələrdə paylaşım etmək üçün faydalanır.


- Video marketinqdən istifadə edən markalar öz gəlirlərini 49% daha tez artırıb. (Hubspot).


- Wyzowl-un hesabatına görə, şirkətlərin 81%-i artıq video marketinqdən istifadə edir.