Britaniya hökuməti uşaqlara sosial şəbəkələrdə layk etməyi qadağa edəcək.


Belə ki, bu ölkədə interneti tənzimləyən dövlət orqanı IT – şirkətləri üçün 16 yeni qayda hazırlayıb. Bu qaydalar uşaqların, yeniyetmələrin internetdə daha az oturmağı üçündür.


Facemark.az-ın məlumatına görə, “The Sun” nəşri yazır ki, həddi-buluğa çatmamış uşaqlar üçün postlara layk qoymaq ilk növbədə “Facebook” və “Instagram”da qadağa olacaq.


Yeniyetmələrə belə qadağaların qoyulması ilə yanaşı, internet şirkətlərini də bu qaydaları pozduqları təqdirdə iri həcmdə cərimələr gözləyir. Bundan başqa, sosial şəbəkələr bəzi məhdudiyyətlərə getmək məcburiyyətində qalacaq.


Bunlardan biri odur ki, onlar haqqında şəxsi məlumatların yığılması və həddi-buluğa çatmayan uşaqların yer bildirimlərinin bağlanması daxildir. Belə ki, tənzimləyici orqan düşünür ki, bu uşaqların şəxsi məlumatlarının qorunması istiqamətindəki gizliliyini pozur. Əgər şirkətlər yeniyetmələri tanımağı öyrənməyəcəksə, bu halda qaydalar istisnasız olaraq hamı üçün sərtləşdiriləcək.


Cərimə isə şirkətlərin illik gəlirinin 4%-i həcmində nəzərdə tutulub. Məsələn, “Facebook” üçün bu rəqəm 2 milyard dollardan çoxdur.


Britaniyanın tənzimləyici orqanı yeni qaydalar haqqında şahzadə Harrinin sözlərindən sonra, düşünüb. Belə ki, o demişdi ki, sosial media narkotik və alkoqoldan daha çox asılılıq yaradır.


Ekspertlər isə güman edir ki, bu sosial şəbəkələri iki versiyada yaradılmasına səbəb ola bilər. Birinci uşaqlar və yeniyetmələr üçün, digər isə böyüklər üçün. Analitiklər qeyd edir ki, belə bölgüdən sonra, bəzi sosial platformalar ümumiyyətlə Britaniyadan gedə bilər.