ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) “Facebook” sosial şəbəkəsini 5 milyard dollar həcmində cərimələyə bilər. Buna səbəb isə istifadəçilərin şəxsi məlumatlarının itkisi ilə bağlıdır.


Facemark.az-ın məlumatına görə, bu haqda CNBC şirkətin hesabatına istinadən xəbər verir.


“Facebook”un 2019-cu ilin birinci rübü ilə gəlir hesabatında qeyd olunur ki, FTK şirkəti 3 milyard cərimə edə bilər. Sənəddə qeyd edilir ki, cərimənin final ölçüsü 5 milyard dollara belə çata bilər.


Sənəddə bildirilir ki, “problem həll edilməmiş qalır və vaxtın verilməsi ilə bağlı heç bir zəmanət, eyni zamanda nəticədə heç bir final qərar yoxdur”, - deyə sənnəddə deyilir. Telekanalda xatırladılırdı ki, “Facebook” şirkəti ilə bağlı araşdırma istifadəçilərin şəxsi məlumatlarının itkisi ilə bağlıdır. Belə ki, bu məlumatları IT şirkəti “Cambridge Analytica” şirkəti yığırdı və yayırdı.


Daha əvvəl isə “The Washington Post” nəşri yazırdı ki, şirkətin banisi Mark Zuckerberq istifadəçilərin şəxsi məlumatlarının itkisinə görə, şəxsən cavab verə bilər.