“Instagram” laykları gizlətmək funksiyasını test edir. Sosial platforma statistikanı yalnız müəllif postları üçün əlçatan edəcək.
Facemark.az xəbər verir ki, bu haqda “Tech Crunch”un məlumatında deyilib.
Bu birinci növbədə mühəndis Ceyn Vonqun diqqətini cəlb edib. O, “Twitter” sosial platforması üzərindən şəxsi skrinşotlarını paylaşıb. Funksiya şirkətin saxta layk və feyk şərhlər ilə mübarizəsində yeni addım olacaq. Sosial şəbəkədən isə deyiblər ki, onlar istəyir ki, insanlar təkcə layk xətrinə post paylaşmasınlar.
Bundan başqa, yeni dizayn daxili prototipdir və hələ ki, geniş auditoriyaya əlçatan deyil. “Hazırda biz sadəcə bunu test edirik, amma mütəmadi olaraq platformaya olan təzyiqi azaltmaq üçün həllər düşünürük”, - deyə şirkətin mətbuat xidmətinin məlumatında deyilib.
Qeyd etmək yerinə düşər ki, daha əvvəl “Facebook” şirkətinin rəhbəri Mark Zuckerberq deyirdi ki, “Facebook”, “Instagram”, “WhatsApp” messencerini vahid ekosistemində birləşdirmək niyyətindədir. İstifadəçilər bununla bir məlumatı bir tətbiq üzərindən digərlərinə ötürə bilərlərdilər.
Xatırladaq ki, “Facebook” şirkəti “Instagram”ı 2012-ci ildə 1 milyard dollara alıb.
