Son vaxtlar “YouTube”un müstəqil kontent yaradıcıları kompaniyanı məşhur bloggerlərin və iri şirkətlərin lehinə iştirak etməkdə ittiham edir.
Facemark.az-ın məlumatına görə, bu barədə “The Verge” nəşri hazırladığı yazıda qeyd edib.
Nəşr yazır ki, bu gün bir çoxları artıq “YouTube”un öldüyünü deyir:
“Əvvəllər platforma müstəqil müəlliflərin dəstəyi üçün yaradılmışdı. Amma indi isə ənənəvi məzmuna görə, yenilikçi kontentdən imtina edilir. Eyni zamanda, YouTube-un mərkəzində yaradıcıların necə göründüyü və şirkətin özünü mətbuatda necə təqdimatı ilə bağlı ciddi fərqlər var”, - deyə nəşr əlavə edib.
Eyni zamanda, nəşr yazır ki, videoplatforma “Netflix”, “Hulu” kimi onlayn striminq rəqiblərindən fərqlənmək üçün öz kontent yaradıcılarına etibar edir. Bu səbəbə görə, kompaniya iddia edir ki, onlar müstəqil kontent yaradıcılarını ön plana çəkmək niyyətindədirlər. Amma belə müstəqil kontent yaradıcıları axtarış və tövsiyə bölümündə onların videolarının çıxmamasından gileylənirlər.
“The Verge”qeyd edir ki, indi “YouTube” müəyyən kriteriyalara cavab verən video çarxları ön plana çıxarır. Belə videolar, əsasən məşhurların və iri şirkətlərin çarxlarıdır.