“Garanti Bankası”nın 2016-ci ildə “iGaranti” mobil tətbiqinin yerinə, “GarantiOne”i istifadəyə vermişdi. Tətbiq 18-25 yaş arası istifadəçilərə xitab edirdi.
Facemark.az-ın məlumatına görə, “DigitalAge” yazır ki, adıçəkilən tətbiq artıq bağlanır.
Bankın istifadəçilərə göndərdiyi özəl mesajda deyilir ki, xidmətdən istifadə aprelin 25-dən etibarən dayandırılacaq. Əvəzində isə yeni xidmət “Garanti Cep” yaradılacaq. Bankın açıqlamasında, həmçinin qeyd edilib ki, bankın bundan sonra “Garanti Cep” üzərində fokuslanacaq və bankçılıq təcrübəsini gücləndirməyə çalışacaq.
25 apreldən sonra istifadəçilər “GarantiOne”dakı bütün məhsul və müraciətlərini “Garanti Cep” üzərindən edə biləcək. Pul transferləri pulsuz reallaşdırılacaq.
Qeyd edək ki, istifadəçilər “GarantiOne” müştəri nömrəsi və şifrəsi ilə “Garanti Cep”ə daxil ola biləcəklər.
