“Instagram” “Stories”də reklamverənlər üçün yeni sorğu stikeri hazırlayıb. Daha əvvəl kommersiya səhifələri interaktiv sorğular təşkil edə bilmirdi.
Facemark.az-ın məlumatına görə, bu haqda “Adweek” nəşri yazıb.
Yeni funksiya reklamverənlər üçün çərşənbə axşamı, aprelin 2-də əlçatan olacaq. Yeni funksiyadan istifadə etmək üçün onlar “Menecer reklam” bölməsinə daxil olmalı, elanın yerləşdirilməsinə qədər isə interaktiv sorğunu əlavə etməlidir.
“Adweek” nəşri yazır ki, sorğular üçün stikerlərin beta-test prosesi zamanı 10 videodan 9-da baxışların sayında artım olub.
“Instagram”ın nümayəndəsi öz bloqunda yazır ki, “Stories”lərdən gündəlik 500 milyon insan istifadə edir. Reklamverənlərin yalnız 60%-i isə “Stories”ə interaktiv stiker, yer, xatırlatma, həştəq əlavə edir. “Facebook” əlavələrdən istifadə edən reklamverənlərin sayı 7 milyon nəfərdir. Onlardan yalnız 2 milyon nəfəri öz məhsullarının inkişafı üçün “Instagram”ın “Stories”lərindən istifadə edir.
Qeyd etmək yerinə düşər ki, daha əvvəl “Instagram” istehsalçıları biznesin yeni inkişafı üçün — Branded content ads-ı işə salmışdı. Bu imkan verir ki, reklamverənlər bloggerlərin postlarından keyfiyyətli reklam elanı kimi istifadə etsinlər.