“Apple” şəxsi striminq xidməti Apple TV+ -ni təqdim edib. Xidmət ancaq şirkətin istehsalçısı olduğu serial və filmlərdən ibarət olacaq.
Facemark.az-ın məlumatına görə, təqdimat Kupertino şəhərində yerləşən Stiv Cobs teatr salonunda baş tutub. İstifadəçilər üçün abunə haqqının dəyəri hələki məlum deyil.
Şirkət xidməti 2019-cu ilin payızında, dünyanın 100-dən çox ölkəsində buraxmağı planlaşdırır. Rusiyada və qonşu ölkələrdə bu xidmətin nə vaxt əlçatan olacağı haqqında da hələki məlumat yoxdur. TV+ ilə bağlı film və serialların nümayişini isə şirkət ilə əməkdaşlıq edəcək rejissor, aktyor və aktrisalar edib. Onlar Stiven Spilberq (serial Udivitelniye istorii- Amazing Stories), Stiv Karell, Riz Uizerspun və Cenifer Eniston (serial Utrennee şou -This Moning show), Kunmeil Nanciani (serial Malenkaya Amerika -Little America) və başqalarıdır.
Ekspertlər “Apple TV+”un üstünlükləri haqqında danışarkən deyib ki, şirkətin rəqib platformalardan fərqi ondan ibarətdir ki, platforma artıq “Apple”in qurğularında quraşdırılıb: “Onun potensial əhatə dairəsi yüz milyonlarla insana çata bilər”, - deyə ekspertlər əlavə edib.