“Lamoda Group” vizual dili və brendin mövqeyini dəyişir.
Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin nümayəndəsi deyib. Kompaniya rebrendinqin köməyi ilə kommunikasiyanı daha emosional etməyi, elektron ticarət bazarında şəxsi bacarıqlarını və təcrübəsini vurğulamağı planlaşdırır.
Firma stilinin hazırlanmasında dizayn bürosu-Şuka məşğul olub. Yeni vizual dil şirkətin özəyini əsas saxlamaqla, onun müasir dünya ilə olan əlaqəsini göstərməyə çalışıb.
“Məsələn, o toxuculuq sənayesinin irsinə istinad edir: Parçalar üçün məşhur olan zolaqlar: Şotland, bəbir xalı, noxud-a oxşar naxışlar, ağ-qara detallar və s. “, - deyə “Lamoda Group”un rəqəmsal marketinq, məhsullar üzrə baş direktoru Yuliya Nikitina deyib.
Əlavələrin rəsmiləşdirilməsi zamanı isə şirkət bütün adından imtina edilib və istifadəçilərin yaxşı bildiyi La -nı saxlayıblar. Loqotip, rəng, şrift yenilənməsindən başqa, dəyişiklik çatdırılmalarda istifadə olunan avtomobillərə, suvenir məhsullara, əməkdaşların formalarına, materialların qablaşdırılmasına da təsir edəcək. Şirkətdən deyirlər ki, yenilənmə tədricən baş verəcək. Hazırda isə şirkətin ticarət nöqtələrində olan bir çox avtomobili qırmızı rəngə boyanıb.
Köhnə loqotip
Yeni loqotip



