“WhatsApp”ın tez-tez istifadə olunan “cümlələrə birbaşa cavab” funksiyası, dünya miqyasında 1,3 milyard nəfərdən çox istifadəçisi olan “Facebook Messenger”də də əlçatan olub.


Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, bu “Facebook”un Messenger platformasına əlavə etdiyi tək bir mesaja cavab vermək funksiyası mesaj axınında qarışıqlığın qarşısını almaq məqsədi daşıyır.


Yeni funksiyadan istifadə etmək üçün istifadəçilər qarşı tərəfdən göndərilən mesajı “tutub saxlamalıdırlar”. Həmçinin tək bir mesaja cavab olaraq GIF, emoji, foto, video göndərmək də mümkündür. Sanki bu fuksiya “Twitter”dəki “cümlələrə birbaşa cavab” funskiyasına da oxşayır.



Ekspertlər deyir ki, “Facebook” bütün platformalarını bir məcraya gətirməyi həfəfləyir. Şübhəsiz ki, populyar sosial platformalar - “WhatsApp”, “Facebook” və “Instagram” ayrı tətbiqlər olaraq fəaliyyət göstərirlər. Amma şirkətin CEO-su Mark Zuckerbergin adıçəkilən platformaların texniki infrastrukturunu birləşdirmək yönündəki səyləri müzakirə olunan məsələrdəndir.


“WhatsApp”da tez-tez istifadə olunan “cümlələrə birbaşa cavab” funksiyasının eyni strategiya ilə digər platformalara əlavə edilməsi də sürpriz olmayıb. Şirkət bundan əvvəlki aylarda “Instagram Stories”ləri “Facebook Stories”lərdə çarpaz paylaşıma aktiv etmişdi.