Türkiyənin e-ticarət platforması “Hepsiburada”da CEO (baş icraçı direktor) vəzifəsinə Murat Emirdağ gətirilib.


Facemark.az-ın məlumatına görə, o, ABŞ və Türkiyədə fəaliyyət göstərən bir çox şirkət və təşkilatlara konsultantı və idarə heyətinin üzvidir.


Murad Emirdağ, eyni zamanda ABŞ-ın texnologiya və yeni iqtisadiyyata fokuslanan investisiya firması “M-Factory Ventures”un təsisçidir.



Yeni CEO “Microsoft”, “Zynga” və “Instacart” kimi dünyanın qabaqcıl texnologiya şirkətlərində liderlik və idarəçilik edib. Nəticədə, o “M-Factory Ventures”u təsis etməmişdən öncə, Sietl və San-Fransisko şəhərlərində çalışıb.


Emirdağ, karyerasının başlanğıcında isə “The Boston Consulting Group” Nyu York ofisində, eyni zamanda Unilever-də vacib istehlakçı markalarında idarəçilik üzrə vəzifələri icra edib.