“Turkish Airlines” yeni firma üslubunu təqdim edib.
Facemark.az-ın məlumatına görə, “The Drum” nəşri yazır ki, yeni firma üslubu aviakompaniyanın hər seqmentində, turizm kitabçalarından başlayaraq aeroportun interyerinə qədər istifadə olunacaq.
Nəşr qeyd edir ki, yeni dizaynın hazırlanması ideyası “İstanbul Aeroport”unda yeni mərkəzin açılışı ilə bağlı yaranıb. Bunun üçün “Imagination” agentliyi aviakompaniya üçün eksklüziv dizayn hazırlayıb.
“Biz düşünürük ki, dizayn ilə Turkish Airlinesin, həm cari müştərilərinə, həm də yenilərinə yeni təəssürat yaradacağıq”, - deyə “Imagination”in baş direktoru Patrik Reyd deyib.
Ötən il Britaniyanın kinorejissoru, prodüser Ridli Skott aviakompaniya ilə birlikdə İstanbul Aeroportu haqqında qısametrajlı film ərsəyə gətirdilər.
Qeyd etmək yerinə düşər ki, yaradıcı agentlik “Imagination” “Turkish Airlines”in 2008-ci ildən başlayaraq strateji partnyorudur.
Köhnə firma üslubu
Yeni firma üslubu


