İnternet kompaniyası “Mail.Ru Group”un marketinq xərcləri 2018-ci ildə 2017-ci illə müqayisədə 47% artaraq 12,8 milyard rubla (yarıbayarı artıb) çatıb.
Facemark.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə Hesabatı Standartlarının(IFRS) maliyyə nəticəsində qeyd olub. Son 3 ayda internet kompaniyası markanın inkişafı üçün 3,3 milyard rubl xərcləyib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 41% çoxdur.
“Publicis Media”nın aylıq analtik hesabatına, əsasən ötən il qrup ikinci dəfə televiziyada GRP-nin (reytinq punktu: telereklamın satışı vaxtı şərti vahid, standart 30 saniyəlik videonu görən şəxslər) alınması üzrə ən iri reklamverənlərin TOP 20-yə düşüb.
Hələ oktyabrda şirkətin marketinq üzrə vitse-prezidenti Kirill Obux şirkətin şəxsi xidmətlərinin, xüsusilə oyun və e-commerce seqmentinin inkişafına xərcləri elan etmişdi. Şirkətin onlayn reklamdan gəlirləri ötən il 38,6% artaraq 31,9 milyard rubla çatıb. 4-cü rübdə göstəricilər isə 2017-ci illə müqayisədə 38,4% artıb bu isə şirkətin rekord göstəricisi hesab olunur.
2017-ci ildə “AnIndex” reytinqinə, əsasən “Mail.Ru Group” Rusiyanın ən iri TOP-30 reklamverəni siyahısına düşmüşdü. “AnIndex” “Mediascope”un göstəricilərinə istinadən qeyd edirdi ki, həmin vaxt kompaniya mediasatınalınmasına 2,4 milyard rubl xərcləyib. Çox hissəsi -1,9 milyard rublu TV üzrə olub.