“Facebook” “stories”ə tədbirləri əlavə etməyə icazə verib. Həmçinin “stories” bölməsinə klik edilə bilən stiker əlavə ediləcək. Bununla istifadəçilər “stories”dən çıxmadan ünsiyyət qura və birbaşa tədbirin səhifəsinə keçid edə bilərlər. Bundan sonra, dostlar “stories”ə keçə və ona layk və ya dislayk qoya biləcəklər.


Facemark.az-ın məlumatına görə bu barədə şirkətin press-relizində deyilib.



Şirkətin nümayəndəsinin sözlərinə görə, istifadəçilər həmçinin görüş vaxtını müəyyən etmək üçün qrup çatı da yarada bilərlər. Yeni funksiya “Beynəlxalq Qadınlar Günün”də işə salınacaq. Platformada bayram ab-havasına uyğunlaşdırılmış stiker və çərçivə əlçatan olacaq. Rəsmlər üçün “Facebook” illüstrator və rəssam Keneş Snidi dəvəd edib.