ABŞ-ın Federal Ticarət Komissiyası (Federal Trade Commission, FTC) TikTok platformasını 5,7 milyon dollar cərimə edib.
Facemark.az-ın məlumatına görə, bu haqda “AdWeek” nəşri yazıb.
TikTok internetdə uşaqların müdafisəi ilə bağlı qaydaları pozub. Qanuna görə, servis 13 yaşdan kiçik uşaqlardan informasiyanın toplanması ilə bağlı valideynlərin icazəsini almalı idi. İstifadəçilər (həmçinin yuxarıda qeyd olunan yaşdan kiçik olanlar) platformaya qeydiyyat zamanı elektron ünvanı, telefon nömrəsini və başqa şəxsi məlumatları qeyd edirlər. Belə məlumatlara sahib olan uşaqların profilləri və çəkdikləri videoları hər kəs izləyə bilir.
Tənzimləyici xidmətdən 13 yaşdan kiçik uşaqlar tərəfindən çəkilən videoları bloklamağı və cəriməni ödəməyi tələb edib. TikTok artıq 13 yaşdan kiçik uşaqların platformada video paylaşmayacaqları ilə bağlı xəbərdarlıq edib. Həmçinin uşaqların şəxsi məlumatları da qoruyacaq.

Bu halda onlar başqa istifadəçilərin kontentinə baxa, onlara abunə ola, eyni zamanda video çəkə biləəcklər. Amma həmin videoları hər kəsə açıq edə bilməyəcəklər.
Qeyd edək ki, TikTok 2016-cı ildə Çin şirkəti “ByteDance” tərəfindən hazırlanıb. Dünyada onun istifadəçilərinin sayı 500 milyonu ötür. Platformanın istifadəçilərinin 40%-i 18 yaşdan kiçikdir.