“WhatsApp” qrup çatlarına istifadəçilərin əlavə edilməsini məhdudlaşdıracaq. Yeni funksiya spamla mübarizə aparmaq məqsədi daşıyır.

Facemark.az-ın məlumatına görə, bu barədə “WABetaInfo” nəşri yazıb.

“Messenger”in tənzimləmələrində yeni qrup seçimi yaradılacaq. Bununla istifadəçilər çata istədiklərini “hər kəsi”, “kontakdakıları”, yaxud “heç kəsi” əlavə edə biləcək.

İndi istənilən istifadəçi qarşı tərəfin razılığı olmadan onu qrupa əlavə edə bilir. Hazırda yeni funksiya əlçatan deyil. Amma yeni funksiya “WhatsApp”ın Android və iOS əməliyyat sistemlərində test edilib.


,