Amerikalı müğənni Ariana Qrande “Instagram”ın ən populyar qadını olub. O, birinci yerdən başqa bir başqa ifaçı Selena Gomezi çıxarıb.
Facemark.az xəbər verir ki, bu barədə “Billboard” yazır.
Belə ki, Qrandenin hesabına 146,28 milyon insan abunə olub, Gomez də isə bu göstərici təxminən 20 000 azdır. Müğənni son bir neçə ayda davamlı olaraq sosial şəbəkə üzərindən aktiv olmaqla, öz profilinin təqdimatını edib. Bundan başqa, müğənninin məşhurluğuna onun yaradıcılığında olan uğurlar da təsir edib. O, bir il ərzində iki albom buraxıb. Ariana Qrande və Selena Gomezin bütün cəhdlərinə baxmayaraq, onlar adıçəkilən sosial platformada məşhurluq üzrə futbolçu Kriştiano Ronaldodan geri qalırlar. Belə ki, futbolçu mütləq rekord - 155,9 milyon abunəçi ilə lovğalana bilər.

