“Samsung” maraqla gözlənilən qatlana bilən smartfonu “Galaxy Fold” təqdim edildi. “Galaxy Fold”un bütün funksiyaları xəbərimizdə...


“Samsung”un qatlanan telefon konsepti həqiqətə çevrilib. “Galaxy Fold” adlandırılan smartfon “Galaxy Unpacked” konfransında rəsmi olaraq təqdim edilib.


“Samsung”un qatlanan telefonu 7.3 inç böyüklüyündə, AMOLED panelli sonsuz ekran ilə gəlir. 7.3 inçlik ekranın yerləşdirilməsi QXGA+ və 4.2:3 nisbətindədir. Cover ekranı 4.6 inç böyüklüyündə, HD+ yerləşdirmədə və 21:9 nisbətində. Daxili ekran əyilə bildiyi qədər qatlanır.


Qatalan bilən ekranda polimer səthdən istifadə olunub. Bu, “Galaxy Fold”un elastik və dayanıqlı olmasına, uzun müddət istifadəsinə imkan verir. “Galaxy Fold” düzgün bir şəkildə açılır, kompakt şəkildə bağlanır. Yeni nəsil 7nm istehsal müddəti ilə istehsal edilən 8 əsas çip və 12 GB RAM ilə gələn telefonda inkişaf etmiş cüt batareya sistemi yer alır. 4,380 mAh həcmli batareya sistemi hesabına olduqca uzun istifadə müddəti istifadəçilərə təklif edir.


Telefon normal şarj cihazına bağlı ikən, həm özünü, həm də eyni anda naqilsiz güc paylaşımı ilə ikinci bir cihazı şarj edə bilir. Nəticədə yanınıza ehtiyat batareya almağa ehtiyac yoxdu. AKG ilə əməkdaşlığına davam edən “Samsung” bu modelində də üst səviyyə səsi istifadəçilərə təklif edir.



Açılanda 7.2 inç. qatlananda isə 4.6 inç-lik ekrana sahib olan “Galaxy Fold”un üzərində 6 kamera mövcuddur. Üstdəki kamera 10 MP, arxa üzdə isə ultra geniş kamerası 16 MP, geniş baxış bucaqlı kamerası 12 MP, telefoto kamera 12 MP, üst üzdəki geniş baxış bucağı 10 MP və RGB dərinlik sensoru (8MP) ilə birlikdə ümumilikdə 6 kamerası var.


12 GB RAM və 512 GB yaddaş kartı ilə gələn “Galaxy Fold”un microSD kart dəstəyi olmadığından ümumi yaddaşı artırmaq mümkün deyil. “Android 9 Pie” əməliyyat sistemi ilə çalışan “Galaxy Fold” bu ilin ikinci rübündə satışa çıxarılacaq və qiyməti 1980 dollar olacaq.


“Galaxy Fold”in texniki göstəriciləri

Ana ekran: Ana ekran: 7.3 inç QXGA+ Dinamik AMOLED (4.2:3)


Üst ekran: 4.6 inç HD+ Super AMOLED (21:9)


Prosessor: Snapdragon 855


Yaddaş: 12 GB RAM LPDDR4x


Saxlama sahəsi: 512 GB


Ana kamera: Ultra geniş 16 MP, f/2.2 // Geniş baxış bucağı12 MP (2PD), f/1.5 – f/2.4, OIS // Telefoto 12 MP f/2.4, OIS


Üst kamerası: 10 MP (2PD), f/2.2


Ön kamera: Geniş Açı 10 MP (2PD) f/2.2 // RGB Derinlik 8 MP f/1.9


Batareya: 4.380 mAh


Əməliyyat sistemi: Android 9.0 Pie


Qiyməti: 1980 dollar


Mənbə: DigitalAge