“LinkedIn” və bənzər, insanları iş həyatlarının, professional pozisiyalarını çox aydın göründüyü sosial platformalarda “sex ortion” “seksual zorlama” adı verilən dələduzluq/şantaj modeli gündəmdədir.
“The Independent”in xəbərinə görə, xüsusilə TOP menecerlərin hədəfə alındığı modeldə: dəstə kiber cinayətkarlarla əlaqəyə keçərək onları yüksək maaşla bağlayır və əməkdaşlığa cəlb edir. Bu şəxslər potensial hədəfləri müəyyən edərək, planı yerinə yetirməyə başlayır.
Bu dələduzluğun ən çox rast gəlinən formalarından biri evli kişilərlə qadağa olan əlaqəyə keçmək olur. Onlayn olaraq başlayan münasibət, daha sonra təhdid ünsürünə çevrilir və bitkoin qarşılığı şantaj edilir.
840 000 pound (Böyük Britaniya sterlinqi) maaş
“Digital Shadows” adlı kiber təhlükəsizlik şirkəti, 2018-ci ilin iyul, 2019-cu il fevral tarixləri arasında kiber təhlükəsizlik dəstələrinin izinə düşüb və bu yeni dələduzluq modelini deşifrə edib.Dəstə cinayətkar partnyorlara illik 250 000 pounddan başlayan ödənişlər edir, bu şəxslərin illik maaşı, informasiya texnologiyaları sahəsində bacarıqlarına görə, 840 000-ə qədər yüksələ bilir.
Dəstənin hədəfləri arasında gəliri, pozisiyası, etibarı yüksək olan, həkim, vəkil, TOP menecerlər daxildir. “The Independent”ə danışan “Digital Shadows”in nümayəndəsi deyib ki, bu profildəki şəxslərə çatmaq üçün ən ideal sosial media platforması “LinkedIn”dir. Jurnalistlərə mövzu haqqında açıqlama edən “LinkedIn”in rəsmisi bildirib ki, istifadəçilər şübhəli vəziyyətlərdə həmin an onlar ilə əlaqəyə keçməlidirlər.