“Apple” kompaniyası bir neçə həftə ərzində şəxsi kredit kartının yaradılması istiqamətində test işlərinə başlayacaq.
Facemark.az “Reuters”ə istinadən xəbər verir ki, layihə “Goldman Sachs” bankı ilə birlikdə ərsəyə gətiriləcək.
“Apple”in kredit kartları “iPhone” ilə işləyəcək və istifadəçilərə öz vasitələrini idarə etməyə kömək olacaq. Kartların buraxılışı 2019-cu ilin sonuna kimi başlamaq planlaşdırılır. O elektron pul kisəsi “Apple Wallet” və ödəniş sistemi “Mastercard” ilə əməkdaşlıq edəcək.
Onun sahibləri 2%-lik “cashback” (xərclədiyiniz pulun bir hissəsinin geri alınması-red.) ala biləcəklər. Bu, faiz dərəcəsi xidmət və “Apple” vasitələrinin alınması zamanı artırıla bilər.