“Samsung” maraqla gözlənilən “Samsung Galaxy 10” və S10+ modellərini təqdim edib. Uzun müddət idi ki, “Galaxy S10” ailəsi sızdırılışmış xəbərlərin mərkəzində idi. ABŞ-ın San Fransisko şəhərində “Unpacked 2019” konfransında markanın yeni modeli ilə bağlı bütün suallara cavab verilib. Elə isə ilin ən çox gözlənilən telefonlarına yaxından baxaq.



“Galaxy S10” xüsusiyyətləri


Ekran: 6.1 inç, Quad HD+, 550 ppi, AMOLED
Prosessor Exynos 9820 (8 nm 64-bit səkkiz əsaslı)
Qrafik vahidi: Mali G76 MP12 GPU
RAM: 8 GB RAM
Yaddaş:128 GB yaddaş sahəsi, microSD dəsdəkli
Arxa Kamera:12 Megapiksel f/1.5 – f/2.4 dəyişən,12 Megapiksel f/2.4, 16 Megapiksel f/2.2, OIS
Ön Kamera: 10 Megapiksel – Dual Piksel AF, f1.9 (80°)
Batareya: 3400 mAh
Əməliyyat sistemi: Android 9 Pie
Bağlantı: 802.11 a, b, g, n, ac, ax – Bluetooth 5, NFC, USB Type-C
Boyu və ağırlıq: 70.4 x 149.9 x 7.8 mm,157 qram


“Galaxy S10” seriyası cihazları Dinamik AMOLED ekrana sahibdirlər. “Galaxy S10”un Dinamik AMOLED ekranı rənglərdə canlılığı dərəcələndirən VDE sertifikatına və yüksək kontrast nisbətinə malikdir. Bu kontrast nisbəti ilə qaralar daha qara və ağlar isə daha canlı ağ olaraq təqdim edilir.


“Samsung”un yeni flaqmanı gözlənilən kimi “Infinity-O” adlandırılan yeni ekran dizaynından istifadə edir. Bu dizaynda ekranda olan oyuq tamamilə aradan qaldırılıb, ön kamera ekrana örtülüb və daha incə çərçivələrdən istifadə olunub.
149.9 x 70.4 x 7.8 mm ölçüsündə olan Galaxy S10-un, 6.1 inçlik əyri ekranı 19:9 formatındadır. Quad HD+ yəni 3040×1440 piksel imkanı təqdim edən ekranın piksel sıxlığı 550 ppidir. “Galaxy S10” və “S10+”ın “Dinamik AMOLED” ekranı, həmçinin Ultrasonik Barmaq İzi brauzerinə malikdir. “Galaxy S10”in yeni kamera texnologiyası və inkişaf etdirilən zəka funksiyası, istifadəçilərə keyfiyyətli foto və videolar çəkmək imkanı təqdim edir.


Ultra-Geniş Baxış: “Galaxy S10” insan gözünün baxışına yaxın 123 dərəcə təklif edən Ultra-Geniş Baxış fokusuna sahibdir. Nəticə, telefon çəkilişlər və geniş panoramalarda yaxşı performans təqdim edir.


Super Sabit və Yüksək Keyfiyyətli Video Çəkilişi: Dijital sabitləmə texnologiyası hesabına, “Galaxy S10” ilə titrəyişdən demək olar ki, təsirlənməyən videolar çəkə bilərsiniz.


Süni Zəka əsaslı kamera: Neural Prosessor (NPU – Neural Processing Unit) hesabına, “Galaxy S10”, “ağıllı” kamera xüsusiyyətlərini daha həssas hala gətirir. Nəticədə, istifadəçilər inkişaf etmiş kamera tənzimləmələrini manuel olaraq seçməsinə ehtiyac qalmadan paylaşmağa dəyər gözəllikdə və professional şəkildə çəkilişlər edə bilər. Foto Zəka funksiyası isə NPU-nun köməyi ilə əlavə görünütüləri tanıyır və həqiqətə daha uyğun şəkildə görüntüləri işləyir.


Nalqilsiz Güç Paylaşımı: “Galaxy S10” ilə birlikdə gələn Naqilsiz Güc Paylaşım funksiyası ilə “Galaxy S10” normal bir şarj mənbəyinə bağlı olan zaman onunla birlikdə, eyni zamanda bu texnologiyanı dəstəkləyən ikinci bir cihazı da şarj edə bilmə bacarığına sahibdir.



Süni zəka proqramı: “Galaxy S10” seriyasındakı süni zəka proqramı: prosessoru, batareya, yaddaşı, hətta telefonunuzu necə istifadə etməyinizə bağlı olaraq cihazın istiliyini avtomotik olaraq optimizə edir.


Ağıllı Wi-Fi: Galaxy S10, Wi-Fi ilə LTE arasında keçid edərək təhlükəsiz əlaqəni təmin edən “Ağıllı Wi-Fi” funksiyasına sahibdir. “Galaxy S10”, həmçinin yeni Wi-Fi 6 standartına uyğundur.


Təhlükəsizlik: Galaxy S10, “Samsung Knox” qoruma sisteminə və şifrələri mühafizə edən yaddaş saxlama sisteminə sahibdir.



Galaxy S10Plus funksiyaları


Ekran: 6.4 inç Quad HD+ AMOLED ekran, 1440 x 3040 piksel, 522 ppi
Boyu və ağırlıq: 7.8 mm qalınlıq, 175qr ağırlıq. Seramik olan 198 qram.
Prosessor: Samsung Exynos 9820 ( 2×2.7 GHz Mongoose M4 + 2x 2.3 GHz Cortex-A75 & 4x 1.9 GHz Cortex-A55)
Qrafik Vahidi: Mali-G76 MP12
Yaddaş: 8 GB RAM LPDDR4X
Yaddaş saxlama: 128 / 512 GB



Arxa Kamera: 12 MP (f/1.5-2.4) 26 mm geniş baxış 1/2.55″, 1.4µm Dual Pixel PDAF, OIS + 12 MP (f/2.4) telefoto 1/3.6″, 1.0µm, AF, OIS, 2x optical zoom + 16 MP (f/2.2) 12mm ultra geniş baxış


Ön Kamera: 10 Megapiksel (f/1.9) Dual Pixel PDAF + 8 Megapiksel (f/2.2) dərinlik sensoru
Batareya: 4.100 mAh
Əməliyyat Sistemi: Android 9 Pie + One UI
Bağlantı: USB Type-C (v3.1) – Wi-Fi 802.11 a/b/g/n/ac/ax, dual-band, Wi-Fi Direct, hotspot, NFC, Bluetooth 5.0, A2DP, LE, aptX, GPS, A-GPS, GLONASS, BDS, GALILEO, NFC


Galaxy S10 və S10 Plus-un bazara çıxarılması və qiyməti


Türkiyədə satışa çıxarılacaq 128GB yaddaşlı Galaxy S10, Galaxy S10+ və Galaxy S10e; fevralın 27-i 2019-cu ildən etibarən satışa çıxarılacaq. Cihazların tövsiyə edilən pərakəndə satış qiymətləri Galaxy S10 üçün 6599TL (2108 manat-red.), Galaxy S10+ üçün 7499TL (2396 manat-red.) və Galaxy S10e üçün 5499TL (1757 manat-red.). Hər üç model üçün 21 fevraldan etibarən öncədən sifarişlər veriləcək. “Galaxy S10” sifarişi verən istehlakçılar isə “Galaxy Buds” hədiyyəsinə sahib olacaq.



Mənbə:DigitalAge