“YouTube” hostinqi milyon və daha çox abunəçi ilə 2018-ci ildə demək olar ki, 2 dəfə böyüyüb. Müqayisə 2017-ci illə aparılıb.
Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə platformanın baş direktoru Susan Wojcicki açıq məktubunda deyib. Platformadan 5 rəqəmli gəlir əldə edən müəlliflərin sayı 40% artıb.
Baş direktor 2019-cu ildə platformanın inkişafı üçün 3 əsas prioriteti göstərib: Müəlliflərin dəstəyi, auditoriya ilə qarşılıqlı təsirin keyfiyyətinin artırılması və şirkətin məsuliyyətinin artırılması. “YouTube” istehsalçıları, həm platformadan pul qazanan müəlliflərin, həm də reklamverənlərin ehtiyaclarını qarşılamağa çalışır.
Belə ki, reklamverənlər öz reklamlarını şübhəli və keyfiyyətsiz kontent təklif edən müəlliflərin videolarında reklam yerləşdirməkdə maraqlı deyillər. Baş direktor öz məktubunda platformanın maliyyə nəticələrini ictimaiyyətə açıqlamayıb. O cümlədən, əlavə edək ki, “Google”un əsas şirkəti olan “Alphabet” öz maliyyə hesabatlarında “YouTube” üzrə nəticələri qeyd etmir.
Amma “MediaRadar”ın məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında şirkətin reklamdan gəlirləri 2017-ci illə müqayisədə 11% artıb. Hostinqin üç ən böyük reklamverəni sığorta şirkəti “Geico”, “Samsung” və “Disney”dir. Onlar ötən il “YouTube”un reklam gəlirlərinin 15,5%-ni təmin ediblər.
Platformanın ən böyük reklamverəni “Geico”dur və o videohostinqin reklam gəlirlərini 6%-ni təşkil edir. “Samsung” üzrə bu 5,5%, “Disney”də isə 4%-dir. Hesabata görə, 2018-ci ildə şirkətin 30%-dən çox reklam gəlirləri media və əyləncə şirkətlərinin payına düşür.