Texnologiya bazarında firmalarının şirkətlərini böyütmək üçün etdiyi satınalma ilə bağlı bir xəbər də “Micosoft” cəbhəsindən gəlib.


Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, ABŞ nəhəngi bu dəfə Türkiyədə yaradılan “opensource” proqram təminatı şirkəti olan “Citus Data”nı alıb.


Alış ilə bağlı informasiya “Microsoft”un rəsmi bloqunda paylaşılıb. Bununla yanaşı, şirkətin Türkiyə üzrə baş direktoru Murat Kansu “Linkedln” ve “Twitter” hesabı üzərindən alış ilə bağlı məlumatı təsdiqləyib. Amma satışın “Microsoft”a neçəyə başa gəldiyi haqqında isə hələki rəqəm açıqlanmır.




O, sosial şəbəkə üzərindən deyib ki, “Türkiyənin proqram təminatı bazarında dünya oyunçusu olması üçün daim addımlar atırıq. Və bu gün təşəbbüslərə daha biri əlavə olunub. Türkiyəyə olan inancımızın nümayişi olaraq, Türk sahibkarlarının yaratdığı proqram təminatı şirkəti “Citus Data”nı “Microsoft”a əlavə etməyin xoşbəxtlik və qürurunu yaşayırıq”.


Qeyd edək ki, “Citus Data” 8 il öncə, 2011-ci ildə yaradılıb.